
RegionTV.info-nun verdiyi məlumata görə, ilk qar uçqunu şənbə günü yerli vaxtla saat 10:30-da baş verib. Qar uçqunu nəticəsində 2 alpinist ölüb, 2-si isə xəsarət alıb.
Məlumata əsasən, ikinci qar uçqunu xilasetmə əməliyyatı zamanı baş verib. İkinci qar uçqunu nəticəsində 1 alpinist ölüb, 1 alpinist isə ağır yaralanıb.
Qeyd edilir ki, xilasetmə əməliyyatı zamanı xilasetmə xidmətlərinin iki əməkdaşı da xəsarət alıb.