Avstraliyanın Murgon şəhərinin 21 yaşlı sakini ehtiyatsızlıqdan qızını öldürüb.
RegionTV.info xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Belə ki, 7 aylıq qızını hamamdakı su çanağında çimdirən ana sosial şəbəkəyə baxmaq və digər iki uşaqla maraqlanmaq üçün mütəmadi olaraq hamamdan çıxıb. Növbəti dəfə qayıdanda isə, körpəsinin boğulub göyərdiyini ve heç bir reaksiya vermediyini aşkarlayıb.
Ana dərhal təcili yardım çağırsa da, uşağı xilas etmək mümkün olmayıb.
Qadın ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunub, lakin vəkili onun kriminal keçmişinin olmadığını və uşağı öldürmək istəmədiyini bildirdikdən sonra digər uşaqlar üçün heç bir təhlükə yaratmadığı üçün girov müqabilində sərbəst buraxılıb.
Xəbəri paylaş