RegionTV.info
Keçmiş deputat Rafael Cəbrayılovun ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Bu məsələyə fevralın 17-də Abşeron Rayon Məhkəməsində baxılacaq.
Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc pul alıb. Sonradan müxtəlif bəhanələrlə borcunu qaytarmayıb. Borclular məhkəməyə müraciət edib. Məhkəmə onların şikayətini təmin edib və iş icraata yönəldilib. Lakin Rafael Cəbrayılov icra tələbini yerinə yetirməyib. Keçmiş deputata bir neçə dəfə xəbərdarlıq edilsə də, o buna məhəl qoymayıb. Nəticədə Rafael Cəbrayılova qarşı konkret hüquqi addımlar atılmağa başlanılıb.
Məhkəmənin keçmiş deputatın əleyhinə qərar verəcəyi gözlənilir. Belə ki, bundan əvvəl Rafael Cəbrayılov icra tələbini yerinə yetirmədiyi üçün 1000 manat cərimə olunub və bu cəriməni də ödəməyib.
Borclular Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Bildirilir ki, keçmiş deputatın barəsində cinayət işi başlanıb.
Borclular bildirir ki, keçmiş deputat adətən himayədarı kimi keçmiş spiker Oqtay Əsədovun adını hallandırır.
Xəbəri paylaş