
RegionTV.info bildirir ki, hadisə Yeni Qızılca kəndində qeydə alınıb.
İki VAZ markalı avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Hüseyn Həsənov və 1996-cı il təvəllüdlü Vüqar Əhmədov xəsarət alıblar. Hər iki şəxsə hadisə yerindəcə ambulator yardım göstərilib.
Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.