Moskvada ana üç övladını çılpaq soyunduraraq mənfi 15 dərəcə soyuqda meşəyə atıb. Bununla əlaqədar cinayət işi açılıb.
RegionTV.info bildirir ki, bu barədə RF İstintaq komitəsindən bildirilib.
"İstintaqın məlumatına görə, 33 yaşlı ana üç uşağını Moskva zonasında meşə zolağı olan əraziyə gətirib. O, azyaşlıları öldürmək məqsədilə onları tam çılpaq soyundurub və aşağı temperaturda küçədə saxlayıb", - deyə qurumdan bildirilib.
Baş verənləri polisə hadisə şahidi xəbər verib. O, qadının uşaqları qarda basdırdığını görüb və hüquq mühafizəçilərini çağırıb. Hadisə yerinə gələn tibb işçiləri uşaqları aparıb. Uşaqlardan biri, cəmi bir neçə aylıq olanı hazırda reanimasiyadadır. O biri iki uşaq da müxtəlif dərəcəli donmalarla xəstəxanaya yerləşdirilib.
Qadın özü də bir neçə km kənarda çılpaq halda tapılıb. O, xəstəxanaya yerləşdirilib. Onun psixi sağlamlığı yoxlanacaq.
Hadisə ilə bağlı istintaqa başlanılıb.
Xəbəri paylaş