
RegionTV.info bildirir ki, bunu "Yeni klinika"nın həkim-anestezioloq-reanimatoloqu Ramidə Bayramova deyib.
Onun sözlərinə görə, yanvarın 22-də vaksinin ilk dozasını vurdurub. Bugün isə vaksinin ikinci dozasını vurdurmuşuq:
"Vaksini vurdurduqdan sonra heç bir əlamət hiss etmədim, Özümü çox yaxşı hiss edirəm, heç bir narahatlığım yoxdur".
R.Bayramova insanları vaksindən ehtiyat etməməyə də çağırıb:
"Hələ yeni doğulmuş körpələrə vaksinlər vurulur. Bu vaksinlər də uşaqlara vurulan vaksin kimidir. Ondan ehtiyat etmək lazım deyil".