Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Putin Azərbaycan əsilli iş adamını mükafatlandırdı

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan əsilli iş adamı Qod Nisanovu mükafatlandırıb.
 
RegionTV.info-nun 
xəbərinə görə, Putin fevralın 12-də “Rusiya Federasiyasının Dövlət Mükafatlarının verilməsi haqqında” fərman imzalayıb.
 
Fərmana əsasən, Azərbaycan əsilli iş adamı, “Kievskaya Ploşad” Şirkətlər Qrupu Müşahidə Şurasının sədri Qod Nisanov Rjevsk Sovet Əsgərinə memorial kompleks layihəsinin həyata keçirilməsindəki xidmətinə görə “Xeyirxah əməllərə görə” fərqlənmə nişanı ilə təltif olunub.
 
Qeyd edək ki, Vladimir Putinin müvafiq fərmanı rəsmi hüquq informasiya portalında dərc olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də