Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə yanğın baş verib - FOTO






Gəncə şəhərində yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Nigar Rəfibəyli küçəsindəki fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Məlumata görə, yanğın nəticəsində bir nəfər qolundan yanıq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Əlavə məlumat veriləcək.





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də