
RegionTV.info bildirir ki, fevralın 12-dən Rusiya paytaxtını cənginə alan "Volker" siklonu güclü qar və küləklə müşayiət olunur.
Hava Proqnozu Mərkəzinin məlumatına görə, yaxın 12-15 saat ərzində siklonun təsiri daha da güclənəcək. Fevralın 13-ü səhərə kimi şəhərdə qar örtüyünün qalınlığının 55-60 santimetrə, küləyin sürətinin isə saniyədə 15-20 metrə çatacağı gözlənilir.
Qasırğanın fevralın 13-ü günorta saatlarınadək davam edəcəyi, gələn həftənin əvvəlindən isə havanın temperaturunun mənfi 25-30 dərəcəyədək enəcəyi proqnozlaşdırılır.