
Bakıda hələ də metronun fəaliyyətinin bərpa edilməməsi iki gündən sonra avtobuslarda ciddi sərnişin sıxlığı ilə müşahidə edilə bilər ki, bu da yollarda və ictimia nəqliyyatda vəziyyəti xaos həddinə çatdırcaq. Problemin aradan qaldırılması üçün karantin rejiminin qaydalarına əməl etməklə metropolitenin fəaliyyətini bərpa etməsi məsələsi son günlər gündəmdən çıxmır.
RegionTV.info bildirir ki, Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov "Metronun açılıb-açılmayacağı ilə bağlı heç nə deyə bilmərəm. Mən rəsmi qərar olarsa, onu deyəcəm. Bu barədə hələlik heç bir şey deyə bilmərəm" deyib.