
RegionTV.info-nun məlumatına görə hadisə rayonun Çərəkə kəndində qeydə alınıb.
Belə ki, “Volkswagen” markalı minik maşını hərəkətdə olarkən qarşı tərəfdən gələn "VAZ-2107" markalı avtomobillə toqquşub.
Qəza zamanı “Volkswagen”in sürücüsü Aynur İbrahimova, Göyçay rayon sakini Nazənin İbrahimova, Gəncə şəhər sakini Nəzakət Abdullayeva və VAZ-2107-nin sürücüsü Ramiz Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.