Orta məktəbin buraxılış imtahanı verən şagirdlərinə hücum zamanı ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, hadisə Konqo Demokratik Respublikasının şərqində, Şimali Kivu əyalətinin Katanqa qəsəbəsində qeydə alınıb.
Məlumata görə, bir ibtidai məktəbə ötən gün hücum edən naməlum şəxslər həmin vaxt buraxılış imtahanı verən uşaqlardan azı beşini qətlə yetiriblər.
Hərbçilərin gəldiyindən xəbər tutan terrorçuların müəllimləri və bəzi uşaqları qaçırdıqları da qeyd olunur.
Qeyd edək ki, sözügedən bölgədə ADF (Müttəfiq Demokratik Qüvvələr) adlı silahlı birləşmə fəaliyyət göstərərək mülki əhalini hədəf alır. BMT-nin məlumatına görə, son ilyarım ərzində bölgədə azı 793 nəfər öldürülüb.