
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Mollacəlili kənd sakini R.Həsənov saxlanılıb.