Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qəbələdə ayı arıçıya hücum etdi

Qəbələdə ayı arıçıya hücum çəkib.
RegionTV.info
  xəbər verir ki, hadisə rayonun Vəndam kəndində qeydə alınıb.
Qəsəbə sakini Fərman Rəcəbov kənd ərazisində arı pətəklərini düzərkən qəfildən Qafqaz ayısının hücumuna məruz qalıb. F. Rəcəbov ayı ilə əlbəyaxa olub və çətinliklə onun pəncəsindən qurtula bilib.
Yaralı halda dərəyə aşan arıçı bir xeyli orada qaldıqdan sonra qardaşına zəng edib. Yaralı Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanada yaralıya sol ayağının, baş və qarın nahiyələrinin çoxsaylı xəsarətləri diaqnozu qoyulub. Daha sonra o, müalicəsinin davam etdirmək üçün Bakı şəhərinədəki xəstəxanaların birinə göndərilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də