Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nazirdən yeni təyinat






Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, yeniliklər və innovasiyaların tətbiq olunması, o cümlədən kadr islahatlarının aparılması barədə nazirlik tərəfindən ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır. 

Bildirirəm ki, bu günlərdə Qabil Həmzə oğlu Əliyev nazirliyimizin İcra Baş idarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur.
       
Qeyd etməliyəm ki, Q.Əliyev əvvəllər uzun müddət ərzində ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışmış, həmçinin elmi fəaliyyətlə də məşğul olmuşdur. O, 2006-cı ildən hüquq üzrə fəlsəfə doktorudur.
        
Vəzifədə irəli çəkilərək 2007-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsində məsul vəzifədə çalışmışdır. Xidməti fəaliyyətində dəfələrlə mükafatlandırılmış, analitik təhlil sahəsində xüsusi bacarıqları və işgüzarlığı ilə fərqlənmişdir. 

Hərtərəfli islahatlar dövründə Q.Əliyevin məhz bu keyfiyyətləri və iş tərcübəsi nəzərə alınaraq həmin qərar qəbul olunmuşdur.

Həmçinin, məlumat üçüm bildirirəm ki, hazırda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi vəzifəsini idarənin digər müavini Fərid Əfəndiyev icra edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də