Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezidentdən AZAL, ADY və Bakı Metropoliteni ilə bağlı - SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb.

RegionTV.info-nun   məlumatına görə, sərəncama əsasən aşağıdakı dövlət müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib:

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti;

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti;

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti;

Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti.


Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinə bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də