
RegionTV.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, Prezident tərəfindən təyin edilən adamlar xalqa hesabat vermirlər, onlar Prezidentə hesabat verirlər: “Amma buna görə seçkili orqan olan bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Buna getməsək, ciddi inkişafa nail ola bilmərik.
Dünya təcrübəsi var. O təcrübələr göstərir ki, yerli hakimiyyətləri xalq formalaşdırmalıdır. Gələcəkdə icra hakimiyyətləri ləğv olunmalıdır. Onların bütün səlahiyyətləri bələdiyyələrə verilməlidir”.