Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Elman Nəsirov: Əvvəllər 2 manat “uşaq pulu” ödənilirdi, indi 14 növ müavinət verilir

Uşaq pulu məsələsi hökumətdə və parlamentdə müzakirə edilsə də, yekun qərara gəlinmədi. Bu gün Azərbaycanda 600 min uşağa müxtəlif adlar altında müavinət verilir. 2000-ci ilə qədər “uşaq pulu” adı altında 2 manat ödənilirdi, indi 14 növ müavinət verilir. Buna baxmayaraq, uşaq pulu mövzusu yenə də gündəmdədir, bəzən radikal qruplar bundan istifadə edirlər.

RegionTV.info  xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Elman Nəsirov deyib.
Millət vəkili təklif edib ki, parlamentdə müvafiq komitələr işçi qrupu yaradaraq uşaq pulu məsələsini araşdırıb bu sahədə hansı addımların atılmasının mümkünlüyü haqqında düşünməlidir:

“İnanın ki, bundan sonra 20 cür müavinət verilsə də, yenə deyəcəklər ki, uşaq pulu verilmir. Bəzən qeyd olunur ki, 18 yaşına qədər uşaqlara pul ödənilməsi çətindir, çünki onların sayı 2 milyon 700 mindən çoxdur. Bəlkə, 0-3 yaş arasında olan uşaqlara uşaq pulunun ödənilməsi məsələsinə baxıla bilər. Cəmiyyət, insanlarımız görsün ki, uşaq pulu verilir”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də