Koronavirusa qarşı Avropayla müqayisədə daha sərt tədbirlər görərək virusdan az təsirləndiklərini deyən Almaniya kansleri Angela Merkel açıqlama verib.
O, virusa qarşı aparılan tədbirlərin daim diqqətdə saxlanmasının vacibiyini vurğulayıb. Bununla yanaşı, o, deyib ki, “qarşıdakı aylarda vəziyyət daha da çətin olacaq”. 240 mindən çox koronavirus xəstəsinin müəyyən edildiyi və 9 mindən çox insanın xəstəlikdən öldüyü Almaniyada, Baş nazir Angela Merkel mətbuat konfransı keçirib. O, dünya ölkələri sırasında virusa görə Almaniyanın 20-ci yerdə olduğunu bildirərək vətəndaşlara müraciət edib:
“Qarşıdakı aylarda və qışda virus daha da yayıla bilər. Yəqin ki, vəziyyət daha da çətin olacaq. Lakin buna baxmayaraq iqtisadiyyatı qorumalıyıq və həyata qaytarmalıyıq. Koronavirusdan ölənlərin uşaqlar olmaması üçün isə əlimizdən gələni etməliyik”.