
RegionTV.info xəbər verir ki, bunu müstəqil deputat Sofya Ovsepyan bildirib.
“Abidə dəqiq sökülüb və Tarix Muzeyinə daşınıb”, - o vurğulayıb.
Erməni sosial şəbəkə istifadəçiləri yazırlar ki, abidə Azərbaycan və Türkiyə tərəfinin təkidli tələbləri ilə yığışdırılıb.
Qeyd edək ki, sentyabrın 27-də Qarabağda başladılan “Dəmir yumruq” əməliyyatı nəticəsində Xocavənd rayonunun böyük hissəsi erməni işğalından azad olunub. Rayon mərkəzi hazırda ermənilərin və Rusiya sülhməramlılarının nəzarəti altındadır. Noyabrın 10-da əldə olunan atəşkəs razılaşmasından sonra ermənilər Xocavənd şəhərində Qaregin Njdenin abidənin açılışını ediblər.