“Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı canişini olaraq bütün sahələri iflic etdi. İndi toydan yox, onun Azərbaycana vurduğu zərbələrdən danışmaq lazımdır. Bir dövləti özündən asılı, iflic etmək üçün onun Müdafiə Nazirliyini ələ almaq, keçmişi qaranlıq insanarı ora yerləşdirmək lazımdır. Mehdiyev Azərbaycan üçün bunu etmiş adamdır”.
Kanal32.az xəbər verir ki, bu açıqlamanı Bizimyol.info-ya Beynəlxalq İnsan Haqlarının Müdafiə Komitəsininin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri, istefada olan zabit Elçin Axundzadə verib.
“Rusiya Ukraynada eyni addımları həyata keçirdi. Orda da bizim kimi, qudalar, qohumlar imperiyası qoyuldu. Ukrayna “Avropaya yaxınlaşmaq istəyirəm” deyəndə düyməyə basıldı. Amma ona qədər Ukrayna ordusu iflic edilmişdi, Krım getdi, Donbasda da 15 minə yaxın ukraynalı vətən yolunda həlak oldu.
Mehdiyev Azərbaycanda ordunu ələ almaq üçün ilk növbədə general -leytenant Vahid Əliyevi zərərsizləşdirdi. Bu o Vahid Əliyev idi ki, sırf saf qanlı azərbaycanlıydı deyə Mehdiyevin nifrətini qazanmışdı. O öz gücünə Heydər Əliyevin etimadını qazanmış, Qarabağ döyüşlərində mühüm xidmətləri olmuşdu. Bu adam 28 yaşında Naxçıvan DTX-nın rəhbəri seçilmişi. Onun məxfi əməliyyatları nəticəsində Naxçıvandan bir qarış torpaq verilmədi. Ermənilərə sarsıdıcı zərbələr vurdu. Təbii ki, burda Heydər Əliyevin də məsləhətləri və Naxçıvan camaatının iradəsi də böyük rol oynamışdı.
Heydər Əliyev onun bacarığını gördü, gətridi Bakıya, hərbi məsələlər üzrə müşavir təyin etdi. Müdafiə Nazirliyinin və sərhəd qoşunlarının kurasiyasını ona verdi. Orduda korrupsiya var idisə də, bu səviyyədə deyildi. Ramiz Mehdiyev sərhəd və müdafiə nazirliyini zəflətmək üçün özünə baş əyməyən, regionçuluq oyunlarına girməyən Vahid Əliyevi aradan çıxartmaq üçün əlləşirdi. Maraqlıdır ki, Müdafiə Nazirliyinin keçirdiyi tədbirlərin birində general leytenant Vahid Əliyev zəhərlənir. Bu təsadüf idi?
O, Müdafiə Nazirliyinin yox, DTX- nın hospitalına çatdırılır, ordan da İsrailə aparılır. Bundan sonra onu gözdən salmaq üçün iyrənc böhtanlara əl atılır. Nəticədə Ramiz Mehdiyev prezidentə yalan məlumatlar verib, ordudan təxris etdirdi. Daha sonra növbə digər generallara çatdı. Ömrü boyu Azərbaycanı ruslarla təhdid etmiş bu adam Qarabağ deməyib, ruslar- ruslar deyib. Tovuz hadisələri zamanı anlamaq çətin deyildi ki, bu dəfə ruslar ermənilərin əliylə Tovuz- Qazax bölgəmizi işğal etmək istəyəcəkdilər. Bunu Ramiz Mehdiyev də çox gözəl bilirdi”,- deyən Elçin Axundzadə Mehdiyevin əliylə haqsız yerə ordu sıralarından uzaqlaşdırılmış peşəkar zabitlərin geri qaytarılması uğrunda mübarizəni davam etdirəcəyini bildirib.