Bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçiriləcək. Mixail Saakaşvili hakimiyyətdən getdikdən sonra Rusiya faktoru özünü daha açıq şəkildə büruzə vermyə başlayıb.
Musavat.com xəbər verir ki, “Dosye” analitik mərkəzinin xüsusi yazısında Rusiyanın Gürcüstandakı gələcək planları, Kremlin “stavka” edəcəyi siyasi qüvvələr haqqında maraqlı məlumatlar yer alıb.
Yazıda Putin rejiminin Gürcüstanda iki siyasətçini-İrma İnaşvili və David Tarhan-Mouravini dətəkləyəcəyi qeyd olunur.
Mərkəz bu informasiyanın Rusiya Xarici Kəşfiyyat Xidmətinin generalı Vladimir Çernovun katiblik sənədlərindən aldığını yazıb. Vladmir Çernov hazırda Rusiya prezidentinin Xarici ölkələrlə regionalararası və mədəni əlaqələr idarəsinə rəhbərlik edir.
Onların rəhbərlik etdiyi təşkilat isə “Gürcüstan vətənpərvərlər alyansı” adlanır. Təşkilat ölkənin NATO və ABŞ-la əməkdaşlığına qarşı çıxmaqla bərabər Rusiya ilə sıx əməkdaşlığa gedilməsinin vacibliyini vurğulayır. 2019-cu ildə hər iki syasətçi Moskvaya səfər edərək burada Rusiya Federasiya Şurasının üzvü Konstantin Kosaçev və Dövlət Dumasının deputatı Leonid Kalaşnikovla görüşüblər.
Ruslar partiyanın seçkilərə hazırlanması məqsədilə siyasi texnoloq Sergey Mixeyev və Moskvada fəaliyyət göstərən “POLITSECRETS” şirkətini vəzifələndiriblər.
Sergey Mixeyev general Çernova tabe olduğu bildirilən FTX-nın ehtiyatda olan polkovniki Valeri Maksimov və Bəş Kəfşiyyat İdarəsinin zabiti Valeri Çernışov tərəfindən idarə olunur.
Sergey Mixeyev gürcü ruspərəstlərlə işləmək üçün Kremldən 700 min dollarlıq ilkin məbləğ tələb edib. Yalnız suvenir məhsullarına 166 min, ümumilikdə isə 8 milyon 430 min dollar pul xərclənməsi nəzərdə tutulur.
“POLITSECRETS” şirkətinin rəhbəri isə Vera Blaşşenkovadır. Bu qadın siyasi elmələr namizədi və “Qadınları necə idarə etməli“ ktabının müəllifidir. Onun planına görə, gələcəkdə Gürcüstanda ilk öncə Mixail Saakaşvili və onun “Vahd milli hərəkat” partiyasına qarşı qarayxma, habelə sadə vətəndaşları qorxutma syasəti aparılmalı, onların arasında narazılıq gücləndirilməlidir. Gürcülər Saakaşvilinin partiyasının qalib gəlməsi halında Avropa Birliyində yenidən qeyri-leqal miqrantlara çevriləcəyi, Rusiya turistlərinin ölkədən üz döndərəcəyi, Abxaziya və Cənubi Osetiyanın RF-nin tərkibinə qatılacağı barədə fikirlərlə qorxudulmalıdır.
Bunun üçün Rusiyanın qara təbliğat maşınları işə salınacaq. Buraya “Sputnik Qruziya”, “EurAsia Daily”, “Regnum” kimi nüfuzlu saytlar da daxildir. Yerli gəlmişkən, Segey Mixeyev Rusiyanın mürtəce və bədnam jurnalisti Vladmir Solovyovun dostu olmaqla yanaşı, tez-tez onun proqramlarında çıxış edir.
İrma İnaşvili və David Tarhan-Mouravi “Gürcüstan vətənpərvələri alyansı”nı 2012-ci ldə təsis ediblər. 2016-cı il parlament seçkilərində partiya Gürcüstan parlamentində 6 yerə sahib olub.
“Edison Research” mərkəzinin keçirdiyi sorğuya əsaəsn, gürcü seçicilərinin sadəcə 29%-i “Gürcüstan vətənpərvələri alyansı”na müsbət yanaşdığın ifadə edib. Adı çəklən liderlərə rəğbət isə daha azdır - David Tarhan Mouravi 3%, İrma İnaşvili isə 2%-lik dəstəyə malikdir.
2012-ci ildə Irma İnaşvilinin rəhbərlik etdiyi “Obyektiv” media-birliyi, hardan alındığı məlum olmayan videokadrlarla Qldan həbsxanasında baş verən işgəncə görüntülərini sərgiləmiş, nəticədə “Vahid Gürcüstan birliyi” 11% səs itirmişdi.
2019-cu ildə İrma İnaşvili Gürcüstanda Tiflisdəki Con Makkeyn institutunun konfransında çxış edən bütün amerikan diplomatlarının və ekspertlərinin ölkədən qovulmasını tələb edib.
David Tarhan-Mouravinin isə knyaz nəslindən olduğu deyilr. Onun xanımı Karina, uşaqları İoram və Nino Moskvada yaşayır və bizneslə məğuldurlar. Ruspərəst siyasətinin qardaşı Georgi Tarhan-Mouravi isə Goga TM adı ilə bəstəkarlıq edir.