Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Sonuncu dəfə dediklərim mənim dairəmdən çıxıb “yuxarılar”a getdi...”






Xəbər verdiyimiz kimi son zamanlar bir neçə açıqlamalarıyla diqqət çəkən Əməkdar artist Baloğlan Əşrəfov toylarla bağlı məsələyə artıq nöqtə qoyduğunu bildirib. 

Müğənni söhbəti zamanı deyib ki, bunu ondan yaxınları və övladları xahiş edib:

“Mən bir neçə dəfə, Allaha qurban olum, bizim müxbirlərin sayəsində açıqlamalar verib missiyamı yerinə yetirdim. Bununla da qəzet və saytlarla toy məsələsiylə bağlı bütün söhbətlərimə son qoyuldu. Bunu məndən övladlarım, dostlarım və yaxınlarım xahiş edib. Artıq o adamlarla bağlı heç nə danışmaq istəmirəm, çünki lazım olan məqamda sözlərimi dedim, elə deyilmi? Məsələlər böyüdü, qloballaşdı və artıq mən burda yoxam. Sonuncu dəfə dediklərim mənim dairəmdən çıxıb “yuxarılara” getdi. Kim nə deyir-demir özü bilər”. 

Müğənni dövlətin qanunların həmişə hörmətlə yanaşdığını və buna riayət etdiyini bildirib:

“Qanun-qanundur. Mənə aidiyyatı yoxdur, bəlkə kiminsə tanışı var və bu işləri görür. Amma mən özüm qanuna tabe olan adamam. Mənim prezidentim var, onun verdiyi fərmanlara hörmətlə yanaşıram. Çalışıram ki, bunlara əməl edim. Mən ziyalıyam, müəllim olmuşam. Dövlətimiz mənə Əməkdar artist fəxri adı verib və bu ada qarşı hörmətsizlik edə bilmərəm. Bir sözlə, dövlətin qoyduğu qanunlara əməl edirəm”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də