RegionTV.info
Abşeron rayonunda yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli orta məktəbin həyətinə axıdılan qanlı çirkab su dayandırılıb.
Bir neçə gün öncə Baku TV əməkdaşları həmin məktəbdə çəkiliş edib.
Müəllimlər məktəbin həyətinə axıdılan qanlı çirkab suların anti-sanitar vəziyyət yaratmasından şikayətlərini bildiriblər.
Bu gün isə bu məsələ öz həllini tapıb. Çəkilişdən sonra Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri bura gələrək, məktəbin hərətinə çirkab su axıdan ət kəsim məntəqəsinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Xəbəri paylaş