Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci ildə dünyada neftə olan gündəlik tələbatla bağlı proqnozunu 100 min barel azaldaraq 5,8 milyon barel müəyyən edib.
RegionTV.info xəbər verir ki, cari ildə dünya bazarında neftə gündəlik tələbat 96,05 milyon barel həcmində olacağı gözlənilir.
Proqnozun yenilənməsi daha çox nəqliyyat sektorunun əvvəllər güman edildiyinə nisbətən daha ləng dirçəlməsi və koronavirusa qarşı peyvəndləmə işlərinin ləng getməsidir.
Həmçinin OPEC 2020-ci ildə də dünyada neftə tələbatla bağlı proqnozuna dəyişiklik edib. Belə ki, gündəlik tələbatın azalması əvvəlki proqnozdakı 9,75 milyon barelə qarşı 9,72 milyon barel həcmində, tələbatın həcmi də 90,26 milyon barel səviyyəsində dəyərləndirilib.
Xəbəri paylaş