Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Taekvondoçularımıza bəd xəbər: Bir ildir gözlədikləri yarış təxirə salındı

Təxminən bir illik fasilədən sonra yarışa qatılmaq istəyən taekvondo millimizin arzusu yenə reallaşmayıb.
RegionTV.info  xəbər verir ki, 20-23 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilməli olan VIII Turkish Open turniri pandemiya səbəbindən təxirə salınıb.

Yarışın yeni vaxtı 10-15 mart tarixlərinə keçirilib. Həmçinin məlum olub ki, budəfəki yarışda 11-14 yaşlı idmançılar (kadetlər) pandemiya səbəbindən iştirak etməyəcək. Yarışda 2004-cü ilədək doğumlular (böyüklər) və 2004, 2005 və 2006-cı il təvəllüdlü (yeniyetmələr) taekvondoçular mübarizə aparacaq.

Bundan başqa, Azərbaycan Taekvondo Federasiyası yarışda iştirak edəcək hər bir idmançı üçün 500 lirə ödəməli olacaq. Turnirdə çəki dəyişikliyi edəcək idmançı isə cəza olaraq 150 lirə ödəyəcək. Qeydiyyat üçün son tarix 4 martdır.

Daha bir maraqlı məqam odur ki, 1/4 finala yüksələn idmançıların səfər və qida xərcləri Türkiyə Taekvondo Federasiyası tərəfindən ödəniləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də