Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2021-ci il üçün Azərbaycanda gündəlik orta neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.
RegionTV.info xəbər verir ki, bu barədə OPEC-in fevral ayı üzrə hesabatında deyilir.
Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu, daha əvvəlki proqnozla eynidir.
Yanvar ayında Azərbaycanda neft və maye karbohidrogenlərin hasilatı proqnoza uyğun olaraq icra edilib. Orta hesabla gündəlik olaraq 720 min barel hasilat olub ki, bunun da 590 min bareli xam neft, 130 min bareli isə kondensat təşkil edib.
Xəbəri paylaş