Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baş Prokurorluq Masallı xəstəxanası barədə yayılan xəbərləri təkzib edib

Bəzi kütləvi-informasiya vasitələrində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işinin istintaqı ilə bağlı guya həmin tibb müəssisəsində xəstələrin müayinəsinin məhdudlaşdırıldığı və nəticədə, rayonda əlilliyə görə təkrar müayinədən keçmək istəyən sakinlər üçün ciddi problemlərin yarandığına dair informasiyalar yayılıb.
RegionTV.info  xəbər verir ki,  Baş Prokurluğun Mətbuat Xidmətindən verilən məlumata görə, bu cür həqiqətə uyğun olmayan məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır və Baş Prokurorluq tərəfindən tam məsuliyyətlə təkzib olunur:

"Belə ki, məlumat verildiyi kimi Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləmiş Nəzərov Cəlil Oruc oğlunun həmin tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri kimi vətəndaşlardan əlillik dərəcəsinin müəyyən edilməsi üçün rüşvət qismində müxtəlif məbləğlərdə pul vəsaiti alması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmişdir.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanmaqla, toplanmış sübutlar əsasında Cəlil Nəzərov 23 yanvar 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi ilə bağlı istintaqın aparılması davam etdirilir və iş üzrə prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətləri Masallı rayon Mərkəzi Xəstəxanasının gündəlik fəaliyyətinə hər hansı bir maneə törətmir və qeyd edilən müayinə prosedurlarına müdaxiləni tam istisna edir.

Cinayət işi üzrə vətəndaşların hüquqlarının bərpa edilməsi istiqamətində tədbirlər davam etdirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də