
Şəki sakinidə qanunsuz olaraq ov tüfəngi aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Fərhad Şahməmmədova məxsus fərdi yaşayış evinin həyətindən bir ədəd müvafiq sənədləri olmayan “Toz-8” markalı ov tüfəngi aşkar edilərək götürülüb.