Azərbaycanda daha iki universitet fevralın 15-dən ənənəvi tədrisi bərpa etməmək barədə qərar verib.
RegionTV.info xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ikinci semestri onlayn şəkildə davam etdirəcək. ADAU-dan bildirilib ki, tədris distant (onlayn) formada və ADAU TV vasitəsilə keçiriləcək.
AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova “Report”a bildirib ki, tədris onlayn şəkildə davam edəcək: "Laboratoriya dərslərində virtual laboratoriya təqdim olunacaq".
Xatırladaq ki, bir neçə gün öncə "Report" fevralın 15-dən hansı ali məktəblərin ənənəvi tədrisi bərpa edib-etməyəcəyi barədə araşdırma aparmışdı.
Xəbəri paylaş