“Pandemiyanın ilk vaxtlarından uşaqlar böyüklərə nisbətən koronavirus xəstəliyini daha yüngül keçirirlər”.
RegionTV.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışı zamanı deyib. O bildirib ki, onlar yoluxsalar da, daha çox simptomsuz olurlar:
“Uşaqlar xəstələnsələr də ağır hallara, pnevmoniyanın baş verməsinə çox az rast gəlinir. Onlar həddən artıq kök, yanaşı ağır xəstəlikləri olduqda xəstəliyi keçirən zaman ağırlaşmalar ola bilər”.
T.Eyvazovun sözlərinə görə, uşaqlar infeksiyanın mənbəyi kimi yaşlı nəsli yoluxdura bilər və bu, daha təhlükəli hesab olunur.
Xəbəri paylaş