Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda yeni məktəblər açılıb - FOTO

Bu gün Qazax rayonu Qaymaqlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.
RegionTV.info   xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə  Qazaxda yeni tikilmiş məktəb 180 şagird yerlikdir.
Bildirilir ki, tədris binasında 9 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışa qədərki hazırlığı, məktəbəhazırlıq kabinetləri fəaliyyət göstərir. Məktəbin yeməkxana, idman və akt zalları da mövcuddur.

Eyni zamanda bu gün Şəki rayonu Qumux və Baltalı kəndlərində də yeni tikilmiş tam orta məktəblərin açılış mərasimi keçirilib.
Məlumata görə, Qumux kənd tam orta məktəbi 132 şagird yerlikdir. Məktəbdə 10 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabinetləri var.

Şəki rayonu Baltalı kəndində yeni tikilmiş 360 şagird yerlik tam orta məktəbdə isə 13 sinif otağı, 3 laboratoriya, 2 texnologiya otağı, informatika, gənclərin çağırışaqədərki hazırlıq, məktəbəhazırlıq kabineti, yeməkxana, idman və akt zalları var.
QALEREYA

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də