Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ÜST-dən COVID-19-un yeni ştamları ilə bağlı sevindirici AÇIQLAMA

"Koronavirusun mutasiyaya uğramış variantlarının yayılması pandemiyanın yeni dalğasına səbəb olmayacaq".
RegionTV.info  xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Kluge “El Pais” qəzetinə müsahibəsində bildirib.

“Yeni variantlar virusun hələ də bizə zərbə vurduğunu vəhşicəsinə xatırladır. Ancaq bu, yeni virus deyil, bu, sahibinə, yəni insana uyğunlaşmağa çalışan hər bir patogenin normal təkamülüdür. Bu, yeni pandemiyanın başlanğıcı deyil, amma, əlbəttə ki, çox sayıq olmalıyıq”, - o deyib.
H.Klugenin fikrincə, sayıqlıq vacibdir, çünki yeni ştamlar yenidən yoluxmaya və infeksiyanın daha sürətli yayılmasına səbəb ola bilər. Bu da bəzi ölkələrin səhiyyə sistemlərinin pandemiya ilə mübarizə aparmasını çətinləşdirəcək.

“Bir də ona görə ki, yeni ştamlar vaksinlərin effektivliyinə təsir edə bilər. Bunu qrip xəstəliyində də görmüşük, bir qədər fərqli peyvənd tələb edən variantlar ola bilər. Sayıq olmalıyıq, çünki virus daha sürətli yayılarsa və peyvənd olunan insanların hərəkəti artarsa, ölüm hallarının sayında da artım ola bilər. Dürüst olmalıyıq: 2021-ci il növbəti COVID-19 ili olacaq. Amma daha idarəolunan, daha çox proqnozlaşdırıla bilən halı ilə”, - ÜST rəsmisi vurğulayıb.

Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri dünyada təxminən 106,9 milyon insan koronavirusa yoluxub, 2,3 milyondan çox COVID-19 xəstəsi ölüb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də