
RegionTV.info xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Bakıda ziyalılarla keçirdiyi görüşdə deyib.
O, Qarabağ məsələsindəki mövqeyinin rəsmi Kremlin baxışı ilə üst-üstə düşdüyünü və Azərbaycanın ərazi bütövlüyü prinsipindən irəli gəldiyini qeyd edib: “Münaqişə başlayandan bəri bunu açıq şəkildə söyləmişəm”.
Ekspertin fikrincə, Qarabağ müharibəsini pilotsuz uçuş aparatları (PUA) yox, insanlar qazanıb: “Bu müharibəni xalq və prezident qazandı. Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi qanunauyğun oldu”.