
RegionTV.info xəbər verir ki, hökumət başçısının müavini, xarici işlər naziri David Zalkaliani məsələyə münasibət bildirib.
O, məlumatları qeyri-ciddi, absurd və əsassız adlandırıb: “Giorgi Qaxariya postunu tərk etmir. O, çox ciddi, ləyaqətli dövlət xadimi, önəmli islahatlar həyata keçirən siyasətçidir”.
XİN başçısı hakim komandada güclü birliyin olduğunu qeyd edib.