
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən həmin şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Bədəlov olması müəyyən edilmiş və o, saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır.