Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vilayət Eyvazov yoxlamalardan sonra rəis müavini də işdən çıxardı

Suraxanı Rayon Polis İdarəsindəki yoxlamalardan sonra daha bir vəzifəli şəxs işdən çıxarılıb.
RegionTV.info  xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Suraxanı Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini, polis polkovniki İbrahim İsmayılov sərəncama götürülüb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi dünən Suraxanı Rayon Polis İdarəsində xidməti fəaliyyətdə yol verdiyi nöqsanlara görə idarənin və onun tabeliyində olan bölmələrin bir neçə əməkdaşının tutduğu vəzifədən aşağı vəzifəyə keçirildiyini, bir qrup əməkdaşa digər intizam tənbehləri verildiyini, daha bir qisminin xidmət yeri bərabər vəzifəyə dəyişdirildiyini açıqlamışdı.

Xatırladaq ki, ötən ilin noyabrında nazirin əmri ilə Suraxanı RPİ rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilərək DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub. Bir ay sonra isə Quba rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Nemətov Suraxanıya rəis təyin edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də