Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nəsimi rayonunda "Yaşıl soyqırım" törətməyə cəhd edən Fədail kimdir?...- Şikayət

RegionTV.info  
Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Mir Cəlal küçəsinin bir qrup sakinləri Fədail adlı iş adamının qanunsuz əməllərindən boğaza yığılaraq redaksiyamıza müraciət ediblər. Vətəndaşlar Ulu Öndər Heydər Əliyevin Sovetlər dövründə ölkəmizə rəhbərlik etdiyi zamanlarda 4-cü mikrorayon ərazisində xeyli sayda agac əkilərək yaşıllıq zonası yaradıldığını vurğulayıblar. Daha sonra sakinlər qeyd edirlər:

"Aparılan yaşıllaşdırma işləri zamanı, Nəsimi rayonu, 4-cü mikrorayon, Mircəlal küçəsi ərazisində torpaq sürüşməsi və ya digər baş verə biləcək fövqəladə halların qarşısının alınması məqsədilə xeyli sayda iynə yarpaqlı ağaclar əkilmiş, həmin küçənin 37 saylı binasının qarşısı mişar daşı ilə hörülmüşdür.
Nəsimi rayonunda "Yaşıl soyqırım"  törətməyə cəhd edən Fədail kimdir?...- Şikayət
 Bundan sonra sakinlər tərəfindən burada xeyli sayda müxtəlif növ ağac və gül kolları əkilərək, yaşıllıqlara qulluq edilmişdir.

Bildiririk ki, 2018-ci ildə özünü tikinti şirkətinin rəhbəri kimi təqdim edən Fədail adlı şəxs binanın qarşısında olan bu yaşıllıq ərazisində Laçın rayonundan olan Şahruz adlı şəxslə əlbir olaraq ikinciyə məxsus yardımçı tikilinin sökülərək yerində hündür mərtəbəli yaşayış binasının tikintisini planlaşdırmışdır. Bununla bağlı ölkə rəhbərliyinə və müvafiq qurumlara, o cümlədən kütləvi informasiya vasitələrinə müraciətin nəticəsi olaraq, tikintinin qarşısı alınmışdır.

Lakin, son günlər həmin ərazidə adları yuxarıda qeyd olunan Fədail adlı şəxs tərəfindən yenidən yaşayış binasının tikintisinin planlaşdırıldığı məlum olmuşdur. Belə ki, Fədail adlı şəxsin yaxın adamları vasitəsilə həmin ərazidə tikinti ilə bağlı icazənin (sərəncam) alındığı bildirilərək, ətrafda yaşayan sakinlərə müxtəlif vədlər verilərək tikinti başlanılan zaman səs-küy salmamaları barədə xahiş etmişlər.

Bildiririk ki, qeyd olunan ərazidə xeyli sayda iri gövdəli iynə yarpaqlı ağaclar, meyvə ağacları və gül kolları vardır ki, bu da tikinti zamanı gələcəkdə yaşıllığın məhvi ilə yanaşı fövqəladə halların yaranmasına da şərait yaradır."

P.S... Vətəndaşların müraciətlərini araşdırarkən iş adamı, oliqarx kimi tanınan Fədail adlı şəxsin ətrafında apardığımız araşdırmalar zamanı maraqlı məlumatlar əldə edə bildik. Müxtəlif mənbələrdən əldə etdiyimiz informasiyalara görə əslində Fədail kifayət qədər kapitala malik olan qaranlıq oliqarxlardan biridir, Bakı şəhəri daxil olmaqla bölgələrdə də geniş imtiyazları olan iş adamıdır. Ölkə üçün xarakterik olan qohumluq və yaxınlıq əlaqələrindən bəhrələnmək tendensiyası Fədailin timsalında özünü çılpaq biruzə verir. Əldə etdiyimiz məlumatlara görə Fədail Milli Məclisin üzvü Malik Həsənovla qudadır. Malik Həsənovun isə öz növbəsində kimin qardaşı olması haqqında fikir söyləməyə ehtiyac yoxdur. Ölkədə narazılıq yaradan, hər addımda vətəndaşların hüquqlarını pozan, insanların haqqlarını mənimsəyən, pul qazanmaq naminə dövlətin imicinə xələl gətirən oliqarxların arxasından həmişə yüksək çinli məmurların çıxması adi hala çevrilib. İddia olunur ki, Fədail adlı iş adamı da məhz bu səbəblərdən özünü fövqəl gücə malik qüvvə kimi təqdim edir. Apardığımız kiçik araşdırmalar zamanı məlum oldu ki, Fədailin qanunsuz əməlləri bununla yekunlaşmır. Sən demə, hündür mərtəbəli binalar inşa etdirən arxalı iş adamı satılan mənzillərin sahəsini olduğundan artıq hesaba vuraraq alıcılardan külli miqdarda əlavə vəsaitlər qopara bilib. Bu və digər məsələlərlə bağlı araşdırmalarımızın nəticəsi ilə gələn yazılarımızda tanış ola biləcəksiniz.
Ardı var...
Mövzu ilə bağlı adıçəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də