Bu gün Azərbaycanda vergi işçilərinin peşə bayramı günüdür.
RegionTV.info xəbər verir ki, bayram Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2005-ci ildən keçirilir.
Xatırladaq ki, 2000-ci il fevralın 11-də Azərbaycan Respublikasının Vergilər Nazirliyi yaradılıb. Buna görə də bayram məhz bu günə salınıb.
Bu əlamətdar gün münasibətilə vergi xidməti işçilərini təbrik edir, ölkəmizin iqtisadi yüksəlişi yollarında onların hər birinə uğurlar arzulayırıq.
Xəbəri paylaş