
RegionTV.info xəbər verir ki, bu barədə şəhidimizin dayısı Aydın Aslanov məlumat verib.
Füzuli istiqamətində tapılan nəşin DNT analizi nəticəsində 2002-ci il təvəllüdlü Ağayev Əmirağa Mahir oğluna aid olduğu təsdiqlənib. Şəhidimizin nəşi sabah doğulduğu Şabranın Surra kəndinə gətiriləcək.
Qeyd edək ki, Əmirağa Ağayev Qazaxda yerləşən N saylı hərbi hissənin əsgəri olub. Vətən müharibəsi başlayan zaman o, cəbhənin Füzuli istiqamətində döyüşlərə qoşulub. Şəhidimiz sonuncu dəfə ailəsi ilə oktyabrın 11-də əlaqə saxlaya bilmişdi. Əmirağa ailənin yeganə oğlu olub, iki bacısı var.
Allah rəhmət eləsin!