2020-ci ildə dövlət borcuna xidmətlə əlaqədar xərclərə dövlət büdcəsində nəzərdə tutulmuş 1 milyard 726,2 milyon manat vəsait yönəldilərək istifadə olunub.
RegionTV.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair hesabatda məlumat verilib.
2020-ci ildə dövlət büdcəsinin kəsiri 1 milyard 737,1 milyon manat, ümumi daxili məhsulun 2,4 faizini təşkil edib və ya proqnozlaşdırılan kəsir məbləğindən 1 milyard 631,1 milyon manat və ya 48,4 faiz az olub.
Kəsirin qarşılanması 800,5 milyon manatı xaricdən cəlb edilmiş kreditlər, 283,6 milyon manatı qiymətli kağızların yerləşdirilməsindən daxilolmalar, 591,5 milyon manatı 2020-ci ilin 1 yanvar tarixinə olan dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və 61,5 milyon manatı özəlləşmədən daxilolmalar hesabına həyata keçirilib.
Xəbəri paylaş