Sakinlər qəzalı vəziyyətdə olan binadan çıxmaq istəmir - VİDEO
Tarix: 10-02-2021, 21:17Xəbərə baxış: 130
Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 42 ünvanında yerləşən yataqxananın bəzi sakinləri qəzalı vəziyyətdə olan binanın sökülməsinə etriaz edirlər. Əvvəllər Bakı Məişət Kondisionerləri Zavodunun yataqxanası olan binada hələ də 30-a yaxın ailənin yaşamasına baxmayaraq, söküntü işlərinə başlanılıb. Sakinlərin sözlərinə görə, dünəndən etibarən binaya işıq və qaz verilişi də dayandırılıb. Qeyd edək ki, yataqxana 1983-cü ildə istifadəyə verilib. RegionTV.info məsələ ilə bağlı "Report"un hazırladığı süjeti təqdim edir: