RegionTV.info Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır.
İşsiz kimi qeydiyyatda olan şəhid ailəsinin üzvləri, müharibə əlilləri, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslər bu layihədə iştirak etməklə Dünya Bankının dəstəyi ilə öz kiçik bizneslərini qura biləcəklər. Beş il ərzində ümumilikdə 22 min işsiz şəxsi əhatə edəcək “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində bu il 6 min şəxsin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.
Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulmasına dəstək göstərilir:
1 | Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi) | 15 | Qadın gözəllik salonu |
2 | PVC qapı və pəncərə hazırlanması | 16 | Avtomobil şinlərinin təmiri |
3 | Kişi bərbərxanası | 17 | Avtoyuma |
4 | Mebel (Kəsmə, Bant vurma, Oyma işləri) | 18 | Avtoçilingər |
5 | Dəmirçi | 19 | Dülgər |
6 | Avtotornaçı (tokar) | 20 | Dönərçi |
7 | Parket və taxta döşəmə cilalanması | 21 | Yem üyütmə xidməti (mini yem dəyirmanı) |
8 | Avtoelektrik | 22 | Yun darama |
9 | Meyvə qurutma | 23 | Naxış vurma |
10 | Fitness (idman) | 24 | Təlim-tədris |
11 | Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi) | 25 | Musiqiçi |
12 | Broyler inkubatoru | 26 | Ayaqqabı təmiri və istehsalı |
13 | Poliqrafiya xidmətləri | 27 | İstixana |
14 | Foto xidməti |
Layihəyə müraciət qaydası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən videoçarx hazırlanmışdır: https://youtu.be/ANZ9qbnZ1IA Əlavə məlumat almaq üçün: 142 - Çağrı mərkəzi.