2020-ci ilin dövlət büdcəsindən investisiya xərclərinə 4 751,7 milyon manat vəsait yönəldilib.
RegionTV.info xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 648,4 milyon manat, müdafiə və hüquq-mühafizə, inzibati, idarəetmə və digər təyinatlı obyektlərin tikintisi, əsaslı təmiri və yenidən qurulması üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 755,1 milyon manat vəsait istifadə olunub.
Ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya, kənd təsərrüfatı infrastrukturlarının tikintisinə və yenidən qurulmasına 2 514,4 milyon manat vəsait yönəldilib.
Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, Azərbaycan hökumətinin xaricdən cəlb etdiyi kreditlər hesabına 798,9 milyon manat məbləğində vəsait ölkəmizdə yolların, kanalizasiya sistemlərinin, su təchizatı, kənd təsərrüfatı və digər infrastrukturların tikintisinə və yenidən qurulmasına istifadə olunub.
Hesabat ilində dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan MR-da həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 34,9 milyon manat vəsait sərf edilib.
Xəbəri paylaş