
Saatlı rayonunda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Novruzov Alim Rəhman oğlunun üzərinə ehtiyatsızlıqdan divar aşıb. Nəticədə o hadisə yerində ağır bədən xəsarətləri alıb.
Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına, vəziyyəti ağır olduğundan daha sonra Bakıda yerləşən 3 saylı şəhər kliniki xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona açıq kəllə-beyin və bədəninin müştərək travması diaqnozları qoyulub. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.