RegionTV.info-nun məlumatına görə dayəlik etdiyi azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edərkən özünü videoya çəkib, sonra da görüntüləri məşuquna göndərən 28 yaşlı dayə tutulub.
İngiltərənin Devon qraflığında yaşayan 28 yaşlı Paige Poole və onun sevgilisi 44 yaşlı Ross Kingsland hakim qarşısına çıxarılıb.
Məhkəmə onların həbs olunması barədə qərar qəbul edib. Onlara ümumilikdə 24 illik azadlıqdan məhrumetmə cəzası verilib.
Məhkəmədə bildirilib ki, biznesmen Kingsland 12, dayə Poole isə 20 uşağa qarşı seksual xarakterli hərəkətlər ediblər. Onun videosunu çəkib göndərdiyi təcavüz görüntüləri isə 18 aylıq qıza qarşı olub.
RegionTV.info cütlüyün fotolarını təqdim edir: