Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mən Turan elliyəm, mən türk oğluyam...






AZƏRBAYCANLIYAM

Gözəl vətənimə, elə bağlıyam,
Mən Azər türküyəm, odlar oğluyam, 
Bakılı, gəncəli, qarabağlıyam. 
Xətai yurdunun mənəm aslanı, 
Savalan dağıyam, dağa bağlıyam.
Yağı qarşısında nədən ağlayım?
Polad iradəli Mübarizəm mən, 
Naxələf qonşuda etibar olmaz,
Çörək itirəndən, bizə dost olmaz.
Mən Turan elliyəm, mən türk oğluyam.
Hazıram savaşa, əlimdə silah, 
Az qalıb düşməni gərək dağlıyam, 
Göygölüm, Xəzərim, Kürüm, Arazım, 
Abşeron, Qazaxım- qoşmam, qəzəlim. 
Təbriz bayatımdır, Şuşa muğamım...
İstanbul, Naxçıvan - mənim dayağım.
Göyçə gölü həsrət- qəmli bulağım,
Tovuzda şəhid var, nəmdi yanağım.
Azərbaycan canım, sənə bağlıyam.
Bu gün nə sirvanlı, qaradağlıyam,
Lənkəran, şəkili, naxçıvanlıyam, 
Bu gün fəqət həm də QARABAĞLIYAM.
Mən fəxr edirəm ki, AZƏRBAYCANLIYAM.

Vüqar Əhməd 26.08.2020

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də