Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal avtoriteti qətlə yetirməkdə təqsirləndirilən Taleh Cəlalov, İmran Bəbirov, Vüsal Hüseynov və qardaşı Səxavət Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.
RegionTV.info xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Vüsal və Taleh Hüseynov qardaşları 18 il, Səxavət Hüseynov 17 il və İmran Bəbirov 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə ötən il Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində, “Favorit” supermarketinin yanında qeydə alınıb. 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid “Mercedes” markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib. Bir müddətdən sonra Dövlət Yol Polisi əməkdaşları qətli törətməkdə şübhəli bilinən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunu saxlayıblar. İstintaqın gedişatı zamanı S. Hüseynovun qardaşı V. Hüseynov və İ. Bəbirov da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Xəbəri paylaş