Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı-Novorossiysk kəməri ilə neftin nəqli bərpa olunur

SOCAR fevralın 15-də Bakı-Novorossiysk boru kəməri vasitəsi ilə neftin nəqlini bərpa edəcək.
RegionTV.info  xəbər verir ki, bunu APA-ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. Onun sözlərinə görə, bu ay şirkət Şimal kəməri ilə 85 min ton neft nəql etməyə planlaşdırır. İ. Əhmədov bu il SOCAR tərəfindən sözügedən istiqamət üzrə nəql ediləcək neftin həcmini dəqiqləşdirmədi.

Xatırladaq ki, Energetika Nazirliyinin məlumatına görə, ötən il Azərbaycan 28,4 mln. ton neft (kondensatla birlikdə) ixrac edib. Hesabat ilində əvvəlki illə müqayisədə təqribən 2,9 mln. ton, yəni 9,2% az neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Məlumata görə, ixrac edilən neftin 23,6 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəmərinın, 4,2 mln. tonu Qərb kəmərinin (Bakı-Supsa), 0,6 mln. tonu isə Şimal kəmərinin (Bakı-Novorossiysk) payına düşüb.

Qeyd edək ki, Şimal istiqamətində çəkilən Bakı-Novorossiysk neft kəmərinin uzunluğu 1330 kilometrdir. Boru kəmərinin diametri 530 mm-dir. SOCAR kəmərin 231 km uzunluğunda olan Azərbaycan ərazisi ilə keçən hissəsinin operatorudur.
Borunun neftlə doldurulmasına 1996-cı ilin oktyabrında başlanılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də