İtkin düşmüş erməni əsgərlərinin valideynləri, qohumları Rusiyanın İrəvan səfirliyi yaxınlığında səfir Sergey Kopırkinə məktub çatdırmaq məqsədi ilə mitinq keçirib.
RegionTV.info xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Bildirilir ki, Eçmiədzində yerləşən kimyəvi qoruma bölməsinin 40 hərbçisinin yaxınları binaya toplaşıb.
Əsgərlərdən birinin atası Tiqran Adoyan deyib ki, bütün səlahiyyətli strukturlara müraciət ediblər, amma heç kim onlara kömək etmir:
“Heç kim oğlanlarımızın geri qaytarılması məsələsi ilə məşğul olmur".
Valideynlər övladlarının öldürülməməsi, əsir götürülməsi barədə məlumatlara sahib olduqlarını iddia edirlər.
Qeyd olunur ki, Qarabağdakı müharibə zamanı onlar Zəngilana köçürülüb, o vaxtdan bəri onlardan bir xəbər yoxdur.
Xəbəri paylaş